Ötən yazımızda ölkə xaricinə çıxmağın məhdudiyyətlərindən yazmışdıq. Xarici ölkəyə səfər etmək istəyən vətəndaş biletini alıb yerinə əyləşmək istəyəndə, xəbər gəlir ki, "sizə ölkəni tərketmə məhdudiyyəti var". Beləliklə, vətəndaşın aldığı bilet də, gördüyü hazırlıq da, tökdüyü pullar da hədər gedir. Bəzən heç bir məhkəmə sənədi, əsası olmadan məhdudiyyət tətbiq edilir. Vətəndaş da məhdudiyyətinin olub-olmamasını hansı qurumla dəqiqləşdirməli olduğunu bilmir. Çünki bu məlumatı dəqiqləşdirmək üçün ən azı, dörd qurumla üz-üzə qalmalı olur ki, onlardan gələn informasiya da "yetərsiz" olur. Biri deyir, "cərimən və ya başqa səbəbdən məhdudidyyətin yoxdur", digəri deyir "var". Bəzən də heç birində məhdudiyyət olmur, buna rəğmən yenə də bilmədiyimiz və heç bir yerdə qeyd olunmayan "səbəb"dən geri qaytarılmalı oluruq. Vətəndaşın xaricə çıxmasına, ölkəni tərk etməsinə hansı halda və hansı qurumun müvafiq tapşırığı ilə məhdudiyyət qoyula bilər? Məsələn, Türkmənistandan bu prosedur belədir ki, əgər türkmənlər xarici ölkəyə getmək niyyətindədirlərsə, öz yerlərinə mütləq zamin və ya girov qoymalıdırlar. Bəs bu proses Azərbaycanda necə icra olunur? Mövzu ilə əlaqədar ReAL Partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli Bizimyol.info xəbər portalının suallarını cavablandırıb. Ekspert qeyd edib ki, məhkəmə sənədi olmadan vətəndaşlara məhdudiyyət qoyulması, qanuni boşluqlardan qaynaqlanır və yolverilməzdir. Natiq Cəfərli "Çox maraqlı mövzu olsa da, Türkmənistan variantı heç də yaxşı variant deyil. İnşallah ki, bizdə elə şey olmaz (gülür). Bu, açığı, tamamilə bərbad bir yanaşma olardı. Çünki bu, qapalı rejimlərə xas bir yanaşmadır. Azərbaycana gəldikdə, qanunvericilikdə boşluqlar var. Qanunvericilikdə konstitusiya ən üstün hüquq sayılır. Konstitusiyada bizim sərbəst səyahət etmə hüququmuz var. Həmin hüquq ancaq məhkəmə yolu ilə məhdudlaşdırıla bilər. Yəni məntiq bunu deyir. Amma bizdə çox təəssüf ki, məhkəmə yolu olmadan belə məhdudlaşdırmanın tətbiqi çox geniş vüsət alıb. Yəni məhkəmə qərarı olmadan belə insanların ölkədən çıxmağına mane olan "qaydalar" qanun deyil. Konstitusiya ilə ziddiyyət təşkil edir. Qanunvericilikdə olan bu boşluqların aradan qaldırılmasına ehtiyac var. Qanunda açıq şəkildə qeyd olunmalıdır ki, "Ancaq məhkəmə qərarı ilə" - cəriməsi varsa, məhkəmə qərarı ilə olsun. Bu, çətin bir şey deyil ki... Məhkəmə qərarı olsa, vətəndaşın da bu məhdudiyyətdən xəbəri olacaq. Çünki məhkəmə prosesində qayda budur ki, orada cavabdehin özü də iştirak edir. Mən demirəm ki, indi qanunsuzluq edirlər. Nəticədə reallıq odur ki, qanundakı boşluqlardan istifadə edirlər. Həmin qanunvericilikdə bircə cümlə ilə "İnsanların ölkədən çıxmaq və səyahət etmək azadlığı, ancaq məhkəmə qərarları ilə məhdudlaşdırıla bilər. Bu problem avtomatik həll olunar" - deyə, Natiq Cəfərli qeyd edib. Ardı var... Mətin Şükürlü, Bizimyol.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта