RU

Müğənni: Bu sualla məni yorublar - Video

"Bu evlənmə mövzusu, sözün əsl mənasında, məni yorub. Evlilik sevgi ilə olmalıdır. Sevgi ilə olmadığı üçün evlilik də yoxdur. Qismət, gözəl və xoş təsadüf baş verməyib. Bu baş verən kimi... O qədər bunun olmasını istəyirəm ki..."

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov "Xəzər axşamı" verilişində deyib. 

41 yaşlı subay sənətçi evlənməməyinin səbəbini bu fikirləri ilə ifadə edib: 

"İnsanın həyat yoldaşı hamıdan birinci onun dostu olmalıdır. Sən onunla sirrini bölüşməlisən, paylaşmalısan. O sənə həm ata, həm ana, həm bacı, həm də qardaş olmalıdır. Bir sözlə həyat yoldaşı sənin ən yaxın insanın olmalıdır. Mən belə bir həyat və həyat yoldaşı arzulayıram özümə. Mən arvad anlayışını istəmirəm, özümə dərd ortağı istəyirəm.

İstəyirəm ki, nədənsə danışanda o məni başa düşsün. İstəyirəm ki, onun həyata sevgisi və dünyadan gözəl maraqları, hobbiləri olsun. Həyat yoldaşını sən özün seçirsən. Sən valideyini və Vətənini seçmirsən. Sənin elə bir məcburiyyətin də yoxdur tez evlənməyə ki, desinlər "Bu da kişidir evləndi, uşağı var, ona halal olsun". SEO Nədir

Bunlar vacib deyil. Ən vacibi mən özüməm. Bu can mənə bir dəfə verilib. Mən bu canı yaşayıramsa sağlam və gözəl insanla yaşamalıyam. Ola bilər ki, mənim düşüncələrimlə mental dəyərlər üst-üstə düşmür. Amma mən də bu cürəm. Başqa cür düşünə bilmirəm". 

 


Telegram kanalımız
Избранный
205
3
yenisabah.az

10Источники