RU

47 il sonra ölüm məhbusunun günahsız olduğu sübut olundu

ABŞ-ın Texas ştatında qətl törətdiyinə görə ölüm cəzasına məhkum edilən Kerri Maks Kuk 47 ildən sonra bəraət qazanıb. 

Demokrat.az xəbər verir ki, Kuk bu müddət ərzində həbsxanada hücumlar nəticəsində yaralanıb və cinsi təcavüzə məruz qalıb. 

Beləki, ABŞ-ın Texas ştatında Kerri Maks Kuk 1977-ci ildə 21 yaşlı Linda Co Edvardsın qətlinə görə edam cəzasına məhkum edilib. O, heç vaxt ittihamları qəbul etməyib. 

1978-ci ildə ilk dəfəf mühakimə olunarkən o, ölüm cəzasına məhkum edilib. Bu qərar apelyasiya şikayəti əsasında ləğv edilib. Çünki baş şahid böhtan atdığını etiraf edib. 

1992-ci ildə keçirilən ikinci məhkəmə prosesində o, yenidən günahkar bilinib. Lakin heç bir hökm çıxarılmayıb. 

O, 1994-cü ildə üçüncü məhkəmə prosesində mühakimə olunub və ölüm cəzasına məhkum edilib.

Kuk hər dəfə etiraz edib və 1996-cı ildə DNT testinin nəticələri onun haqlı olduğunu sübut edib.

Edvardsın alt paltarındakı DNT izləri Kuka deyil, Edvardsın özündən iki dəfə böyük olan evli sevgilisi Ceyms Meyfildlə uyğun gəlib. 

1999-cu ildə onun dördüncü məhkəməsindən əvvəl barışıq təklif edilib. 

O, içəridə keçirdiyi vaxtı nəzərə alaraq sərbəst buraxılıb. Lakin onun günahsızlığını sübut etmək cəhdləri bununla bitməyib. 

Çünki həbsdə olduğu müddətdə başqa məhbuslar tərəfindən bıçaqlanıb və cinsi təcavüzə məruz qalıb. 

Bu gün, 68 yaşında, Kuk özünü ölüm cəzası əleyhinə fəal olmağa həsr edib. 

O, “Ədalət axtarışında” adlı kitab yazıb və hekayəsi tamaşaya çevrilib. 

Kukun hüquqi mübarizəsi keçən həftə başa çatıb. Texas Cinayət Məhkəməsinin hakimi Bert Riçardson onu günahsız elan edib. 

Kerri Maks Kukun damarlarında 90 faiz tıxanma olduğu üçün dinləmədən əvvəl həyati əhəmiyyətli əməliyyat olub. 

Kuk 1973-cü ildən bəri ABŞ-da yanlış mühakimə olunaraq ölümə məhkum edilən 199-cu şəxs olub. 

Əfsanə RəcəbDemokrat.az

   

Избранный
202
39
turanpress.com

10Источники