RU

Xərçəng vaksinləri insanlar üzərində sınaqdan keçiriləcək

Rusiya yeni peyvəndin klinik sınaqlarına hazırlaşır. 2025-ci ilin ortalarında alimlər xərçəngin müalicəsinin tədqiqinə başlamaq niyyətindədirlər: peyvənd xərçəngdən əziyyət çəkən xəstələrdə sınaqdan keçiriləcək. “RİA-Novosti” xəbər verir ki, bunu “Qamaleya” Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Qinzburq deyib.Hazırda dərman siçanlar üzərində preklinik sınaqdan keçirilir. Qeyd olunur ki, peyvənd ümidverici nəticələr göstərir - alimlər melanomalı heyvanların ömrünü əhəmiyyətli dərəcədə artıra biliblər. Əsas məqsəd təkcə ömrü uzatmaq deyil, həm də şişləri və metastazları məhv edə bilən dərman hazırlamaqdır.Qunzburqun sözlərinə görə, bu texnologiya uğurla inkişaf etdirilərsə, vaksin kiçik hüceyrəli olmayan ağciyər xərçəngi, mədəaltı vəzi xərçəngi, böyrək xərçənginin bəzi növləri və melanomalarla mübarizədə effektiv vasitəyə çevrilə bilər. Bu, xəstəliyin erkən mərhələlərində metastazları inkişaf etdirən xəstələr üçün xüsusilə vacibdir
Избранный
19
kanal.az

1Источники