RU

"Sabah" heyətini xorvatiyalı futbolçu ilə gücləndirib

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən \"Sabah\" heyətini yeni futbolçu ilə gücləndirib.

AZXEBER.COM klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə \"3+1\" illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu ölkəsinin \"Slaven Belupo\" klubundan transfer edilib.

O, karyerası ərzində Xorvatiyanın \"Rieka\" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin \"Zadar\" (2018/2019), Almaniyanın \"Arminiya\" (2022/2023) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə \"Rieka\"dan \"Slaven Belupo\"ya keçib.

Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan \"Sabah\"da 13 nömrəli formada çıxış edəcək.
Избранный
38
33
azxeber.com

10Источники