RU

Deputat oğurluğa görə tutuldu

Çelyabinsk vilayətinin Sosnovski rayonunun Deputatlar Məclisinin üzvü Pavel Lenk istintaqa cəlb edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, regional prokurorluğun mətbuat xidmətinin verdiyi məlumata görə, xalqın vəkili yerüstü keçiddəki borunu kəsərək neft məhsulları oğurlamaqda ittiham olunur.

“Deputat bu ilin martında onunla birlikdə iki cinayət ortağı ilə saxlanılıb. Hər üç şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 158-ci maddəsi (mütəşəkkil dəstə tərəfindən xüsusilə böyük miqyasda oğurluq) ilə cinayət işi başlanılıb. O vaxtdan onlar istintaq təcridxanasındadırlar”, – vilayət prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

Qeyd edilir ki, 2023-cü ilin dekabrından 2024-cü ilin martına qədər deputat və onun əlaltıları neft şirkətindən azı 261 ton yanacaq oğurlayıblar. Oğurlanmış məhsulun ümumi məbləği təxminən 15 milyon rubl (176 min dollardan çox) təşkil edib. İyunun 28-də üçlük istintaq təcridxanasını tərk etməyə cəhd edib. Çelyabinsk Vilayət Məhkəməsi prokurorun mövqeyini nəzərə alaraq, həbs müddətini dəyişməz olaraq saxlayıb: Onlar ən azı iyulun 27-dək dəmir barmaqlıqlar arxasında qalacaqlar.

Lenkin 55 yaşı var. O, rayon deputatlarının məclisindəki vəzifəsini yerli mənzil-kommunal təsərrüfat təşkilatında mexanik işləməsi ilə birləşdirir. 

Избранный
91
kanal.az

1Источники