RU

25 oktyabr - Qubadlının azad edilməsi tarixi - ŞƏRH

Abbas Əliyev, YAP Abşeron rayon təşkilatının sədri31 İyul 2023 -cü il Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il 25 oktyabrda Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd olunacaq. Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən bu gün 3 il ötür. Qubadlının tarixi, coğrafi mövqeyi, relyefi, təbii sərvətləri, təbiəti, burada min illiklər azərbaycanlıların yaşayıb yaratdığı maddi-mədəniyyət nümunlərinin zəngiliyidir. Qubadlı rayonu dövlətimizin cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Qubadlı ərazisində zəngin tarixi mədəni və dini abidələr vardır. Əsasən dağlıq relyefə malik olan Qubadlı Ermənistanla 120 km məsafəyə malikdir. Rayon Şimaldan Laçın, Xocavənd rayonu, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Həkəri və Bərgüşad çaylarının ətrafında yerləşən Qubadlının zəngin torpaq örtüyü var. Qubadlının həmçinin təbii faydalı qazıntılarla zəngindir. Qubadlı kənd təsərrüfatı rayonu kimi Ermənistanın işğalına qədər müxtəlif məhsulların becərildiyi bölgələrimizdən biridir.Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də Ermənistan tərəfindən tamamilə işğal olunub. 1988-ci ildən başlayaraq Еrmənistan Qubadlı rayonuna müxtəlif istiqamətlərdən təcavüzkar hücumlar başladıb. Bu hücumlar nəticəsində dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilib.İşğal dövründə isə rəsmi İrəvan Qubadlıda Cenevrə konvensiyalarına zidd olaraq qanunsuz məskunlaşma apararıb. Erməni lobbisinin maddi dəstəyi ilə Qubadlının Xanlıq kəndində qanunsuz olaraq qəsəbə salınıb və məskunlaşma həyata keçirilib. Təbii ki, heç vaxt işğal faktı ilə barışmayana Azərbaycan xalqı və qalib dövlətimiz II Qarabağ müharibəsinin gedişində Qubadlının Ermənistanın işğalından azad edilməsi ilə strateji əhəmiyyət kəsb edən bir bölgəni öz nəzarətinə qaytarmış oldu. Sözsüz ki, müharibənin gedişatında bu olduqca vacib olan dönüş nöqtələrindən biri idi. 2020-ci ilin 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında Müzəffər Ordumuz qarşısında aciz qalan düşmən Qubadlını tərk etdi.Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad edilib. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalın təsis edilməsi qəhrəman oğullarımızın sücaətinə verilən ən yüksək ali dəyər oldu. Ali Baş Komandanın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən oktyabrın 25-i Qubadlı şəhəri günü kimi müəyyən olunub.Bu gün işğaldan azad edilən rayon və şəhərlərimiz kimi Qubadlı da yeni dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır. Burada yeni müasir standartlara cavab verən yaşayış kompleksləri, infrastruktur qurulur. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, altı yüz şagird yerlik tam orta məktəbin, doğsan bir çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.

Избранный
286
sesqazeti.az

1Источники