RU

Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?

Azərbaycanda əmi, bibi, xala və dayı uşaqlarının evliliyi qadağan edilməsi müzakirələrə səbəb olub.Əsas suallardan biri də qohumlar arasında hazırda nişanlı olanların nikahına icazə verilib-verilməyəcəyi ilə bağlıdır.Elchi.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında qaydaların bir ildən sonra qüvvəyə minəcəyini bildirib.“Qohum evlilikləri ilə bağlı yeni qaydalar 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də bu məsələdə tələsiklik yoxdur, yəqin ki, bu istiqamətdə müzakirələr davam edəcək. Qanun qəbul edilib, prezident qanunu imzalayandan sonra qüvvəyə minir”, – o deyib.

Избранный
86
42
elchi.az

10Источники