İyulun 6-7-də Portuqaliyanın Koimbra şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycanın beş idmançısı iştirak edəcək.
Gimnastika Federasiyasından Reyting.az-a verilən məlumata görə, yarışın mükafatları uğrunda Selcan Mahsudova, Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə mübarizə aparacaqlar.
Onlara məşqçilər Vladimir Şulikin və Adil Hüseyn-zadə rəhbərlik edəcəklər.
Kamil Quliyev və Rahib Əliyev hakim kimi turnirdə ədaləti qoruyacaqlar.