RU

Bakıda evi sökülmüş qadın qızı ilə birgə çadırda qalır

Bakı sakini Afət Quliyevanın yeni yaşayış binasının tikintisi üçün ayrılan əraziyə düşən evi gecə ikən onun razılığı olmadan sökülüb. İndi o, dağıntıların yanında çadır qurub orda yaşamağa başlayıb.

Videoya YouTube kanalımızda baxın.

Afət Quliyeva iddia edir ki, Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsində yerləşən evini yeni yaşayış binasını tikən "İbrahim-Q" MTK-nın işçiləri söküb, özünü isə "sürüyüb çölə atıblar".

Onun BBC Azərbaycancaya təqdim etdiyi video görüntülərdə gecə bir buldozerin bir evi uçurtduğu, hətta bir neçə ağacı da məhv etdiyi görünür. Bu görüntülərdə beşdən çox kişinin buldozerin yarı uçurtduğu evdən kimisə zorla çıxartdığı görünür və bir qadın səsi gəlir.

İbrahim-Q MTK BBC Azərbaycancaya gecə Afət Quliyevanın evini uçurtmadığını deyib.

Tikinti şirkətinin adının çəkilməsini istəməyən əməkdaşı deyib ki, Afət Quliyevanın evi "13,5 kvadrat metrdir və şirkət vətəndaşa hər kvadrat üçün 4-5 min manat pul təklif etsə də, o, bu təkliflə razılaşmayıb.

Daha sonra şirkət bu ilin fevral ayında Afət Quliyevaya şəhərin mərkəzi yerlərindən birində ev təklif etsə də, vətəndaş bu təkliflə də razılaşmayıb, İbrahim-Q MTK əməkdaşı deyib.

Afət Quliyeva isə BBC-yə deyib ki, ona heç nə təklif edilməyib.

Yasamal rayon icra hakimiyyətindən bu hadisə ilə bağlı şərh almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BBC-yə bildiriblər ki, vətəndaşın tələbləri araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
222
bbc.com

1Источники