RU

ABŞ üçün “hind istiotu”

Ramasvami niyə Azərbaycanla bağlı münəccimlik edir? 
Kapitalizmin qızğın tərəfdarı və müdafiəçisi qismində çıxışlar edən respublikaçı Vivek Ramasvami “Bakının Qarabağı ermənilərdən təmizlədikdən sonra Ermənistanı da yarıya bölməyə hazırlaşdığını” bəyan edib. Hind əsilli amerikalı sahibkar, 2024-cü ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli süməyə hazırlaşan “siyasi texnoloq” Ağ evin Cənubi Qafqaz siyasətini kəskin tənqid atəşinə tutub: “Bizim xarici diplomatiya isteblişmentimizin 20 il ərzində Azərbaycandakı rejimə Amerika silahına yiyələnməsinə icazə verməsini fikirləşəndə ürəyim bulanır. İndi həmin silahdan xristian-erməniləri öldürmək üçün istifadə olunur”. 
Dünyanın supergücünün sükanı arxasına keçməyi hədəfləyən, “xristian təəssübkeşi” rolunu oynamağa girişən buddist biznesmen Ramasvaminin ürə­yinin həqiqətən, Ağ Evin yanlış xarici siyasətindənmi, yoxsa qarışıq hind əd­viyyatından izafi istifadə etdiyinə görə bulandığını deyə bilmərik, amma siyasi mətbəxə bələdliyinin sıfırın altında oldu­ğu şəksizdir. Hər halda, onun Azərbay­canla bağlı diletant açıqlamaları belə düşünməyə tam əsas verir. Buddistin dü­şüncəsinə görə, Bakı Ermənistana hərbi təcavüzlə bağlı gizli “Ы” əməliyyatı plan­laşdırıb və tezliklə bu ölkənin ərazisinin yarısını qoparıb özününkünə qatacaq.
Birjada və biotexnika sahəsində biznesi qəfil çiçəklənən və 30 yaşında milyarderə çevrildiyi deyilən hindistanlı Ramasvaminin “hərbi-strateji” xarakter­li proqnozları da böyük maraq doğurur: “İndi eşidirk ki, Azərbaycan Dağlıq Qara­bağda (?) etnik təmizləmə ilə kifayətlən­məyəcək, ardınca Türkiyə ilə birləşmək üçün Zəngəzur dəhlizini də ələ keçirə­cək”. 
Doğrudan da, “hərbi-strateji” nöqte­yi-nəzərdən olduqca maraqlı versiyadır. Qalır bu versiyanı prezidentlik iddiasına düşmüş 38 yaşlı respublikaçı biznes­menin beyninə kimin və ya kimlərin sal­dığını güman etməyə. Əlbəttə ki, 1-ci yerdə ABŞ-dakı erməni diasporu, Kali­forniyadakı zəngin erməni lobbisi və on­ların satın aldığı respublikaçı senator və konqresmenlər versiyası gəlir. 
Birləşmiş Ştatların üzləşdiyi sosial-iq­tisadi problemlərin həllini kapitalizmin in­kişaf etdirilməsində görən Vivek Ramas­vami dünyada hər şeyin pulla satın alına biləcəyinə inanan yeni nəslin nümayən­dəsidir. Onun Senatın “Azadlığa dəstək Aktı”na 907-ci düzəlişə əlavə ilə bağlı Ağ evin ünvanına dediyi ittihamları da elə bu düşüncənin “məhsuludur”: “Əgər Azər­baycan pulun müqabilində Vaşinqtonda böyük lobbi hakimiyyətini ələ ala bil­məsəydi, həmin 907-ci düzəlişə əlavəni heç vaxt Senatdan keçirə biməzdi. Belə ciddi məsələyə bu qədər diqqətsizlik ada­mı şoka salır. İkiüzlülük isə sadəcə hey­rətləndirir”. 
Prezidentlik uğrunda yarışda, təbli­ğat kampaniyasında müxtəlif üsullardan, rəqiblərinə qarşı “kompramat”lardan is­tifadə olunması başadüşüləndir. Amma ABŞ kimi nəhəng dövlətin ali postuna iddialının bu kampaniyada ayağının belə dəymədiyi bölgədə baş verənlər və “günahkarlar” barədə məsuliyyətdən uzaq, boğazdan yuxarı açıqlamalar ver­məsi təsadüf sayıla bilməz. Axı, bu cür seçkiqabağı təbliğat taktikasının yalnız ABŞ-dakı erməni lobbisinin və İrəvanın işinə yaradığı aşkar görünür. Bu halda ilk ağıla gələn dünyaya pulun hakimlik etdi­yini düşünən biznesmenin özünün pulla satın alınması versiyasıdır. Əslində, bu, Ramasvaminin Bakının ünvanına üfürdü­yü uydurma və avantürist bəyanatları ilə müqayisədə daha real və məntiqi versi­yadır. 
İ.HƏSƏNQALAXQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
163
xalqqazeti.az

1Источники