"Dəniz duzu spreyi nədir? Dəniz duzu spreyi necə hazırlanır?" Üzgüçülükdən sonra təbii saç dalğası bir çox qadının sevimli görünüşü ola bilər.Ulusum.az xəbər verir ki, şirkətlər yayda və qışda bu görünüşü əldə etmək istəyənlər üçün dəniz duzu spreyləri hazırlayıb. Ancaq kosmetikaya pul xərcləmək istəməyənlər üçün evdə hazırlaya biləcəyiniz dəniz duzu spreyi reseptimizi paylaşırıq.Dəniz duzu spreyi nədir?Yay aylarında dənizdə çimdikdən sonra əldə etdiyiniz təbii dalğalar xoş görünüş yaratmağınıza kömək etsə də, saçlarınızın zədələnməsinə səbəb olur. Saçları həm qidalandıran, həm də onlara forma verən sprey formalı məhsullardır, bu cür zədələrin qarşısını almaq və həmişə o gözəl dalğalara sahib olmaq üçün istehsal olunur.Dəniz duzu spreyini necə istifadə etmək olar?Bu spreyi ya hamamdan sonra nəm saça və ya quru saça çəkə bilərsiniz. Spreyi tətbiq etdikdən sonra əllərinizlə saçlarınızda təbii dalğa yarada bilərsiniz.Dəniz duzu spreyi resepti2 stəkan qaynar suya 1 çay qaşığı duz, 1 çay qaşığı kokos yağı və yarım çay qaşığı aloe vera tökün. Gözəl qoxusunu istəyirsinizsə, bu qarışıma maksimum 10 damcı lavanda və ya yasəmən kimi essensiya əlavə edə bilərsiniz. Yaxşıca qarışdırdıqdan sonra sprey şüşəsinə töküb istifadə edə bilərsiniz. Əgər 2 həftə ərzində istehlak edə bilsəniz, məhsulunuzu xarab etmədən rahat şəkildə istifadə edə bilərsiniz.Aymirə Ağamirova
Diqqət Çəkənlər
Salyanda “2 İyul - Azərbaycan Polisi Gününə” həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Azərbaycan səfirliyi Hindistana başsağlığı verdi
Rusiya, Çin və Qazaxıstan vahid rəqəmsal dəhliz yaradır