RU

NBA-da oynamış basketbolçu “Sabah”da 

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini yeni basketbolçu ilə gücləndirib. 

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu Hassani Qravettlə anlaşıb.ABŞ-dən olan oyunçu ilə 2 illik müqavilə imzalanıb. 

O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-da çıxış edən "Orlando Mecik"in heyətində 8 matça çıxıb. 

Son mövsümü Polşanın "Şlask" klubunda keçirən 27 yaşlı müdafiəçi 40 görüşün iştirakçısı olub. 


Telegram kanalımız
Избранный
69
15
yenisabah.az

10Источники