RU

Qərb Ukaynanı döyüş meydanında köməksiz qoydu– Kiyev ordunu silahla təchiz edə bilmir...

Image

Amerikanın Müharibənin Tədqiqi İnstitutu Ukraynanın yeni briqadalar yaratdığını və bununla yanaşı hərbi personal çatışmazlığı ilə mübarizə apardığını bildirib. İnstitut qeyd edib ki, Qərbin kifayət qədər hərbi yardımı olmadığı üçün Ukayna əsgərləri silahla təchiz edə bilmir.

“Təhlükəsizlik sahəsində Qərbin vaxtında və adekvat yardımı Ukrayna qüvvələrinin döyüş meydanında təşəbbüsü nə vaxt və nə dərəcədə ələ keçirə biləcəyini və operativ şəkildə mühüm əks-hücum əməliyyatları keçirə biləcəyini müəyyən edən həlledici amillərdən biri olaraq qalır” – Amerika İnstitutundan bildirilib.

Qeyd edilir ki, Ukraynanın yeni bölmələri silahla təchiz etmək üçün Qərbi gözləməyə vaxtı yoxdur. Rus qüvvələri döyüş meydanında təşəbbüsü ələ keçirməyə çalışırlar.

TAHİR





Избранный
144
baki-xeber.com

1Источники