RU

ABŞ və Gürcüstan hərbi əməkdaşlığı davam etdirəcək

ABŞ birgə təlimləri təxirə salsa da, Gürcüstan və ABŞ hərbi əməkdaşlığı davam etdirəcək. 

 

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

 

“ABŞ Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq formatları mövcuddur. Təlimlərin təxirə salınmasına baxmayaraq, yuxarıda göstərilən formatlar, o cümlədən “Agile Spirit 2025” çoxmillətli təliminə hazırlıq davam edir”, - Gürcüstan hərbi idarəsinin bəyanatında bildirilib.

 

Xatrıladaq ki, iyulun 5-də Pentaqon ABŞ-nin ikitərəfli münasibətlərə yenidən baxması səbəbindən Gürcüstanla birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə saldığını açıqlayıb.

 

ABŞ Müdafiə Nazirliyinin bəyanatına görə, bu qərar ABŞ-nin təşəbbüsü ilə ABŞ-Gürcüstan ikitərəfli münasibətlərinə hərtərəfli baxış çərçivəsində qəbul edilib.

 

Bir gün əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirmişdi ki, ölkə hakimiyyəti ABŞ-lə əməkdaşlığı və tərəfdaşlığı davam etdirmək niyyətindədir.

 

Əzizə

Избранный
140
sfera.az

1Источники