RU

Finlandiyada dövlət orqanlarının bir neçə internet saytı kiberhücumlara məruz qalıb

Bəzi Finlandiya qurumlarının, xüsusilə Maliyyə Nazirliyinin, Finlandiya Bankının, Vergi Administrasiyasının, Helsinki şəhərinin və Mərkəzi Ticarət Palatasının internet saytları kiberhücuma məruz qalıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin kibertəhlükəsizlik mərkəzinə istinadən STT agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, hücumun arxasında "Noname" haker qrupu dayanır.

Finlandiya təşkilatlarının saytlarına edilən hücumlarla bağlı məlumatlar hakerlərin rusdilli "Telegram" kanalında da paylaşılıb. 

Избранный
101
2
operativmedia.az

3Источники