RU

İsrail yenə vətəndaşları hədəf aldı! Çoxlu ölü və yaralı var

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.
Elchi.az xəbər verir ki, Nusayrat Qaçqınlar Düşərgəsindəki Əl-Avde Xəstəxanasındakı mənbələrdən alınan məlumata görə, İsrail əsgərləri düşərgənin şimalındakı Qəzza vadisində odun yığan qrupa artilleriya hücumu təşkil edib.
İsrail döyüş təyyarələrinin Nusayrat düşərgəsində bir evi hədəf alan hücumunda 2 qadın həyatını itirib, 5 yaralı xəstəxanaya yerləşdirilib.
Cənubdakı Xan Yunus şəhərinin Beni Süheyla və Muin bölgələrində həyata keçirilən hücumlarda çox sayda insan həyatını itirib və yaralanıb, yaralılar Nasser Xəstəxanasına aparılıb.
İsrail qüvvələrinin Rəfah şəhərində açdığı atəş nəticəsində humanitar yardım işində iştirak edən bir nəfər həyatını itirib.
İsrail ordusu Qəzza şəhərinin şimalında yerləşən Şucaiyye və Zeytun məhəllələrində müxtəlif məntəqələri bombalayıb. Hədəf edilən ərazilərdə bəzi evlər dağıdılıb.Nuranə Məmmədova

Избранный
171
elchi.az

1Источники