RU

“NATO süni intellekt sahəsində Rusiyadan xeyli geridədir…”

...Ukraynadakı münaqişə NATO-nu alyansın Rusiyadan xeyli geri qaldığı bir mühüm sahəni qeyd etməyə məcbur edib: süni intellekt.

…NATO real münaqişədə tez öyrənən Rusiyanı qabaqlamaq üçün kifayət qədər sürətlə inkişaf etmir. Belə ki, NATOsınaqlar və fərziyyələrlə məhdudlaşır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikri Avropadakı Müttəfiq Qüvvələrin keçmiş Ali Baş Komandanı Ceyms Stavridis Bloomberg-ə bildirib.

Onun sözlərinə görə, süni intel nəhayət döyüş meydanında güclü alətə çevriləcək, komandirlərə strategiya ilə bağlı məsləhət verə biləcək avatarların yaradılmasından tutmuş quruda, dənizdə və havada pilotsuz sistemləri birləşdirən silah sistemlərinə qədər.

Ağıllı maşınlar həm də müharibə zamanı texniki xidmət və logistikanı xeyli təkmilləşdirərək ordunu daha səmərəli edə bilər. Rusiya və Qərbi müqayisə edəndə aydın olur ki,NATO bu yarışı uduzur.

Stavridis deyir bunu.

Alyans blok daxilində ardıcıl kiber imkanların yaradılması zərurəti ilə bağlı bir neçə güclü siyasət bəyanatı versə də, praktiki baxımdan nəticələr yoxdur.

Yüksək rütbəli hərbi xadimin izah etdiyi kimi, NATO-nun ümumi səyləri kifayət qədər resursla təmin olunmur və üzv dövlətlərin öz imkanlarını tam şəkildə bölüşmək istəməmələri ilə əngəllənir - bu, əsasən, ölkələrin yüksək texnologiyalarını sızdırmaq qorxusundan irəli gəlir.

Əli Babayev

Избранный
141
sia.az

1Источники