RU

Fidan Hacıyeva Naxçıvanda solo çıxış edib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın Heydər Əliyev Sarayında solo konserti keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin və Əməkdar artist, tarzən Zeynalabdin Babayev müşayiət etdiyi konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri ifa edilib.

Fidan Hacıyevanın Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev və İlkin Abdullayevlə oxuduğu duetlər maraqla qarşılanıb. Həmçinin konsertdə F.Hacıyevanın oğlu Çarli Naylor pianoda Fridrix Şopenin “Noktürn” əsərini ifa edib.

Избранный
353
17
sia.az

10Источники