RU

Sumqayıtın Rusiya klubu ilə yoxlama matçının vaxtı müəyyənləşib

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" klubunun Rusiya təmsilçisi "Orenburq"la keçirəcəyi yoxlama matçının vaxtı müəyyənləşib.

Gənclik şəhəri təmsilçisinin mətbuat xidmətinin verdiyi məlumata görə, qarşılaşma sabah Qızılcahamam stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.

Избранный
48
16
cbcsport.az

10Источники