RU

Qarğıdalının çoxlarının bilmədiyi faydaları

Qağıdalının faydası və ziyanı qədim dövrlərdən məlumdur. Amais qədim inklərdə müqəddəs bitki sayılırdı. Alimlərin fikrinə görə, məhz qarğıdalı ilk qida bitkisi olub və insanlar tərəfindən becərilib.

Bu tərəvəz qiymətli qida məhsuludur. Qarğıdalı qidalandırıcıdır, becərmək asandır. Ən əsası isə dənələrində, saçağında, yarpaqlarında kifayət qədər faydalı maddə var.

Milli.Az Yenisabah.az-a istiinadən yayın əvəzedilməzi qarğıdalının faydalarını təqdim edir:

Qarğıdalının tərkibi kalsium, B vitamini ilə zəngindir. Tərkibində sellüloz olması isə digər dənli bitkilərdən üstünlüyüdür. Təzə qarğıdalı dənəsinin tərkibində aşağıdakı faydalı maddələr var:

-Amin turşusu;

-Şəkər;

-Fladonoid;

-Alkoloid;

- A, C, K, B1, B6, B2, B3, B4, B9, E, PP, H vitaminləri;

-Kalsium, kalium, dəmir, yox, maqnium, marqans, natrium, selen, ftor, fosfor, bor, sink və digər minerallar.

Qarğıdalının tərkibində nikel və mis duzları olduğu üçün hiperallorgen ərzaq sayılır.

Çiy və qaynadılmış qarğıdalının kalorisi onun növündən asılıdır. 100 qram çiy dənələrin orta hesabla kalorisi 300 kkal təşkil edir. 

Qarğıdalı dənələrinin zəngin tərkibi onu tələbedilən ərzaq məhsuluna çevirir. Qarğıdalı həm arlqlamaq, həm də əzələ kütləsi artırmağa imkan yaradan azsaylı bitki tərkibli ərzaq məhsullarından biridir.

Kalsium və pəhriz lifi, minerallarla zəngin olduğu üçün qarğıdalının aşağıdakı faydaları var:

-Sinir sisteminin fəaliyyətini nizamlayır;

-Hüceyrələrə antioksidant təsiri;

-Xolesterini azaldır;

-Bağırsaqlarda fermentasiyanın qarşısını alır;

-Qanı təmizləyir;

-Depressiya, stress və yorğunluğa qarşı mübarizə aparır.

Onkoloji xəstəliyin, qan azlığının profilaktikasında çiy qarğıdalının faydalarından yararlanmaq olar. Çiy qarğıdalı artıq çəki və piylənməyə qarşı əladır.

Qarğıdalı dənəsi gənclik və dərinin gözəlliyinin konsentrantıdır. Əgər qidaya müntəzəm olaraq çiy və qaynadılmış qarğıdalı əlavə etsək, hüceyrələrin qocalma prosesi yavaşlayacaq.

Məsləhət: Əgər qarğıdalı unundan hazırlanmış maska qəbul etsəniz, piqment ləkələri, qara nöqtələrdən qurtula bilər, dərinizin möhkəmliyini artıra və qırışları azalda bilərsiniz.

Qarğıdalı yağı dəri üçün çox faydalıdır. Ayaq və əllərdə sərtləşmiş yerlərə, döyənəklərə qarğıdalı yağı sürtün.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
139
29
milli.az

10Источники