RU

Tennis əfsanəsi Novak Cokoviç 1000-ci eysini qazanıb

“Böyük Dəbilqə” yarışlarının 24 qat qalibi Novak Cokoviç karyerasında qazandığı eyslərin sayını 1000-ə çatdırıb. O, "CBC Sport"la tennissevərlərə canlı təqdim edilən “Uimbildon” turnirində Aleksey Popırinlə görüşdə bu nəticəyə imza atıb.

Serbiyalı tennisçi 1000 həddinə çatan 6-cı raketka ustası olub. Bundan əvvəl Rojer Federer, Qoran İvanişeviç, İvo Karloviç, Pit Sampras və Con İsner bu uğuru əldə ediblər.

Qeyd edək ki, Cokoviç Popırini 3:1 (4:6, 6:3, 6:4, 7:6 (7:3)) hesabı ilə məğlub edərək 1/8-ə yüksəlib. Onun buradakı rəqibi danimarkalı Holger Rune olacaq.

Избранный
138
cbcsport.az

1Источники