RU

“Şamaxı” namibiyalı müdafiəçini sıralarına qatıb

Azərbaycan Premyer Liqasına yüksələn “Şamaxı” heyətinə yeni futbolçu əlavə edib. "Şirlər" müdafiəçi Lubeni Haukonqonla müqavilə bağlayıb.

Tərəflər arasındakı razılaşma 1 illik nəzərdə tutulub. Namibiya millisinin üzvü olan Lubeni mərkəz müdafiəçisi mövqeyində çıxış edir.

Qeyd edək ki, 24 yaşlı futbolçunun son klubu Cənubi Afrika Respublikasının “Cape Town Spurs” klubu olub. O, 2021-ci ildən Namibiya millisinə dəvət alır.

Избранный
76
2
cbcsport.az

3Источники