RU

"Dizelin bahalaşması ilə kənd təsərrüfatı öldü", - göyçaylı kombaynçı

Ötən həftənin əvvəlindən Azərbaycanda Ai-92 markalı benzinin və dizel yanacağının qiyməti bahalaşıb.

Mütəxəssislərin fikrincə, dizel yanacağının bahalaşması kənd təsərrüfatına mənfi təsir göstərəcək və aqrar texnikanın əksəriyyəti dizel yanacağı ilə işlədiyi üçün fermerlərin istehsal etdiyi məhsulları bahalaşdıracaq.

Göyçaydan olan kombaynçı Əliağa Qasımov dizelin bahalaşmasından danışarkən deyir ki, bunula "kənd təsərrüfatı öldü"

Əliağa Qasımov deyir ki, qiymətlərin belə bahalaşdığı dövrdə kənd təsərrüfatı ilə məşğul olanın qazanması çətindir.

Kombaynçı bildirir ki, dizelin bahalaşması kənd təsərrüfatı texnikalarının xidmət qiymətini də artıracaq. O deyir ki, onsuz da ehtiyyat hissələri, sürkü yağları bahalaşmışdı.

"Mənim iki kombaynım olub, birini geri qaytarmışam, çatdıra bilmirəm, tək adamam, maaş almıram, pensiya almıram, onun ehtiyyat hissələrin nə ilə düzəldim?" - Əliağa Qasımov bildirib.

"Yağ qalxdı, soğan qalxdı, kartof qalxdı, dən qalxdı bu, nəyi qaldırmır ki? Bu, yaşamaq deyil, vallah yaşamaq deyil, sürünməkdir..." - Əliağa Qasımov deyib.

Ötən həftədən Tarif Şurasının qərarı ilə dizelin qiyməti 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Ona qədər Azərbaycanda dizel yanacağı 80 qəpiyə satılırdı.

Videoya YouTube kanalımızda baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
319
bbc.com

1Источники