Rusiyada Müdafiə Nazirliyinin rəhbərliyini partlatmaq istəyən şəxslər həbs olunub.
interpress.az xəbər verir ki, bu barədə TASS-a Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Ukraynanın Baş Kəşfiyyat İdarəsi tərəfindən cəlb edilmiş və Rusiya Müdafiə Nazirliyinin üç yüksək rütbəli hərbçisinə qarşı terror aktı hazırlayan rusiyalını həbs edib.
“Təhlükəsizlik orqanları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin göstərişi ilə üç güclü partlayıcı qurğunun çatdırılmasını təşkil edən 1994-cü il təvəllüdlü Rusiya vətəndaşını saxlayıb. Saxlanılan şəxs poçt xidmətləri vasitəsilə Moskvada Rusiya Müdafiə Nazirliyinin rəhbərlərinə ünvanlanmış hədiyyə paketi ilə maskalanmışdı”, – departament qeyd edib.
O, 2024-cü ilin mayında Ukrayna hərbi kəşfiyyatçıları tərəfindən işə götürüldüyünü etiraf edib.
“Maliyyə mükafatı müqabilində o, Rusiya ərazisində terror əməliyyatlarının hazırlanması ilə bağlı tapşırıqları yerinə yetirməyə razılaşıb”, – FTX qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az