Rusiyanın Volqoqrad şəhərində emal anbarında güclü yanğın başlayıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Təkrar xammalın çeşidlənməsi üzrə ərazidə karton yanır. Alov min kvadratmetr ərazini əhatə edib", - deyə qurumdan bildirilib.
Hazırda hadisə yerində 60-dan xilasedici cəlb olunub və 19 texnika işləyir, lakin şahidlərin sözlərinə görə, alov daha da güclənir.
Volqoqradda yanğın fəlakəti: Min kvadratmetr ərazi alovlar içində
Volqoqradda yanğın fəlakəti: Min kvadratmetr ərazi alovlar içində
Mənbə: Vpravda.ru