Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.
Komanda.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park”da İngiltərə millisi qələbə qazanıb – 2:1.
Matçda 7-ci dəqiqədə Xavi Simons “narıncılar”ı hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə isə Olli Uotkins adını tabloya yazdırmaqla ingilislərin qalibiyyət qoluna imza atıb.
Finala yüksələn Qaret Sautqeytin rəhbərlik etdiyi yığma həlledici mərhələdə İspaniya seçməsinə rəqib olub. Final qarşılaşması iyulun 14-ü, saat 23:00-da keçiriləcək.
AÇ-2024Yarımfinal10 iyul
Niderland – İngiltərə 1:2Qollar: Xavi Simons, 7 – Harri Keyn, 18. Olli Uotkins, 90+1.Baş hakim: Feliks Svayer (Almaniya).Dortmund. “Siqnal İduna Park” stadionu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin EtiketlərAÇ-2024
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта