RU

Novak Cokoviçdən tarixi nəticə

Serbiyalı tennisçi Novak Cokoviç yeni uğura imza atıb. Təcrübəli raketka ustası "Uimbldon" turnirində yarımfinala vəsiqə qazanmaqla buna nail olub.

O, 37 yaşdan sonra bunu bacaran üçüncü tennisçidir. Daha əvvəl 2019-cu ildə Rocer Federer (37 yaş), 1974-cü ildə Ken Rozuoll (39 yaş) bu raunda qədər irəliləyib.

Qeyd edək ki, avstriyalı Aleks de Minor zədələndiyi üçün Cokoviçlə qarşılaşmaya çıxmayıb və serbiyalı raketka ustası yarımfinala yüksəlib.

Избранный
68
2
cbcsport.az

4Источники