RU

Azərbaycan milliisi Macarıstanla üz-üzə gələcək

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçınını Macarıstan yığması ilə keçirəcək.

Teleqraf.com xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunun V turunda "Liv Bona Dea Arena"da oynayacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu xorvatiyalı referi Yelena Pejkoviç idarə edəcək.

Azərbaycan millisi 4 oyundan sonra 4 xalla qrupda dördüncüdür. Eyni xala malik Macarıstan yığması üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.


Müəllif: Teleqraf.com
Избранный
35
6
teleqraf.com

4Источники