"Qalatasaray" və "Beşiktaş" arasında Türkiyə Superkubokunun final oyununun keçiriləcəyi tarix və məkan bəlli olub.
Görüş avqustun 3-də İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda baş tutacaq.
Qarşılaşma Bakı vaxtı ilə 21:45-də start götürəcək.
Qeyd edək ki, ötən mövsüm "Qalatasaray" Türkiyə Superliqasının qalibi, "Beşiktaş" isə ölkə kubokunun sahibi olub.