Qadın futbolçulardan ibarət yığmamız bu gün Avropa Çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda B Liqasının I qrupunun V turunda "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə münasibətlərə aydınlıq gətirəcək.
Matç saat 20:00-da başlayacaq. Görüşdə ədaləti xorvatiyalı referi Yelena Pejkoviç təmsil edəcək.
Əlavə edək ki, Azərbaycan millisi 4 oyundan sonra 4 xalla qrupda dördüncüdür. Eyni xala malik Macarıstan yığması üçüncü pillədə qərarlaşıb.