Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa Çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.
Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunun V turunda, "Liv Bona Dea Arena"da təşkil edilən matçda Macarıstan seçməsi ilə qarşılaşıb.
Görüş "maydayların" 5:0-lıq qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra Azərbaycan millisinin 4 oyundan sonra xallarının sayı 4 olaraq qalıb.
Qeyd edək ki, yığmamız növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.