Yəməndəki Husilər İsrailə pilotsuz uçuş aparatları (PUA) ilə hücum ediblər.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Husi hökumətinin "baş naziri" Əbdüləziz bin Habtur bunu təsdiqləyib.
Hücumun təfərrüatları hələ ki məlum deyil.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayıb.
Milli.Az