RU

Lukaşenko Rusiyadan təzminat TƏLƏB ETDİ

Belarusda Atom Elektrik Stansiyasının (AES) tikintisi Rusiya Federasiyasının təqsiri üzündən ləngidi. İndi razılaşmaya əsasən, Rusiya tərəfi kompensasiya məsələsi qarşısındadır.

News24.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə AES-in tikintisinin başa çatması ilə bağlı hesabatı qəbul edərkən bildirib.

“Rusiya tərəfinə görə AES-in istismara verilməsi bir az ləngidi. Təbii ki, razılaşmaya əsasən, biz onların qarşısında kompensasiya məsələsini qaldırdıq. Gizlətməyə ehtiyac yoxdur. Orada qeyri-adi heç nə yox idi. Belə suallar ona görə yaranıb ki, stansiyanın istismar şərtləri pozulub və buna görə məsuliyyət Rusiya tərəfinin üzərinə düşür”, - Lukaşenko qeyd edib.

Akqabay


Избранный
822
47
news24.az

10Источники