Türkiyənin \"Beşiktaş\" klubu Dani Seballosu heyətinə qatmaq istəyir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Seballosa 6 milyon avro qiymət müəyyən edilib.
Ötən mövsüm oyunçu \"Real Madrid\"in heyətində 27 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, futbolçu karyerasında əvvəllər \"Real Betis\" və \"Arsenal\"ın formasını geyinib.
Məryəm