RU

UEFA Çempionlar Liqası: Kosova və Finlandiya çempionları məğlub oldu

Qitənin ən nüfuzlu klub turnirində I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Ötən gün 8 matç oynanılıb.

Bu qarşılaşmalardan sonra II təsnifat mərhələsinə adlayacaq 8 komanda bəlli olub. İlk görüşdə böyük fərqli qələbə əldə edən “Styaua”, “Panevejis”, “Selye” və TNS üstünlüyünü qoruyub. “Şemrok Rovers” – “Vikinqur” cütü öz dramatikliyi ilə yadda qalıb. İslandiyada keçirilən ilk qarşılaşmada qapılara qol vurulmayıb. İrlandiyalılar evdə 2:0 önə keçsələr də, "Vikinqur" fərqi minimuma endirə bilib. Komanda əsas vaxta əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən qaçmağa yaxın olub. Amma Hansen 90+8-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

"Balkani" öz meydanında penalti seriyasında uduzaraq, mərhələnin sürprizinə imza atıb. Kosova çempionu səfərdə qazandığı üstünlüyü qoruya bilməyib. Eyni uğursuzluğu Finalandiya təmsilçisi də yaşayıb. HİK cütün favoriti olsa da, turnirlə vidalaşıb.

Qeyd edək ki, mərhələyə iyulun 17-də yekun vurulacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
16 iyul
18:30. “Balkani” – “Santa Koloma” - 1:2, pen. 5:6
İlk oyun – 2:1
20:00. HİK – “Panevejis” - 1:1
İlk oyun – 0:3
20:00. “Linkoln” – “Hamrun Spartans” - 0:1, pen. 5:4
İlk oyun – 1:0
20:00. “Pünik” – “Dinamo” Mn - 0:1
İlk oyun – 0:0
21:00. “Selye” – “Flora” - 2:1
İlk oyun – 5:0
21:30. “Styaua” – “Virtus” - 4:0
İlk oyun – 7:1
23:00. “Deçiç” – TNS - 1:1
İlk oyun – 0:3
23:00. “Şemrok Rovers” – “Vikinqur” - 2:1
İlk oyun – 0:0

Избранный
37
2
cbcsport.az

3Источники