RU

FərdiAzərbaycan cüdoçularının Paris olimpiadasındakı proqramı açıqlanıb

Azərbaycan Cüdo Federasiyası Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın çıxış proqramını açıqlayıb.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Parisdə əvvəlcə Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) tatami üzərinə çıxacaq.

Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edəcək.

27 iyul Balabəy Ağayev (60 kq) Leyla Əliyeva (48 kq)

28 iyul Yaşar Nəcəfov (66 kq) Gültac Məmmədəliyeva (52 kq)

29 iyul Hidayət Heydərov (73 kq)

30 iyul Zelim Tçkayev (81 kq)

31 iyul Elcan Hacıyev (90 kq)

1 avqust Zelim Kotsoyev (100 kq)

2 avqust Uşanqi Kokauri (+100 kq)

Qeyd edək ki, ilkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final qarşılaşmaları isə 16:00-da start götürəcək. Olimpiadada 122 ölkədən 378 cüdoçu iştirak edəcək.

Избранный
55
10
far.az

10Источники