RU

20 yaşlı braziliyalı "Mançester Siti"də

"Trua"nın hücumçusu Savio "Mançester Siti"yə keçib.

İdman.biz xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. Transferin dəyəri 25 milyon avrodur. Müqavilənin şərtlərinə görə, "Mançester Siti" bonus şəklində daha 15 milyon avro ödəniş edə bilər.

Qeyd edək ki, Savio son mövsümün icarə əsasında "Jirona"da keçirib. O, 37 oyunda 9 qol və 10 ötürmə ilə yadda qalıb.

İdman.biz

Избранный
44
3
idman.biz

4Источники