RU

Azərbaycanda 45 yaşlı kişi faciəvi şəkildə öldü

Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

 
Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Abdulov Nahid Qurban oğlu hündürlükdən yıxılıb.

 
Bakıdakı xəstəxanaların birinə yerləşdirilən kişinin həyatını xilas etmək mümkün olmayıb.
 

Qeyd edək ki, N.Abdulov tarladan mal-qara üçün topladığı yonca bağlamasını qoşquya yükləyərkən hündürlükdən yıxılıb.

Tarix: 21 İyul 2024, 17:48   
Избранный
46
13
pravda.az

10Источники