Bu arada Rusiya Federasiyası İctimai Palatasının Demoqrafiya, Ailənin, Uşaqların və Ənənəvi Dəyərlərin Müdafiəsi Komissiyası üçüncü uşağın doğulması və ya övladlığa götürülməsi üçün bir milyon rubl məbləğində “ata kapitalı” verilməsini təklif edib.
SİA-nın “İzvestiya”dan əxz etdiyi məlumata görə, bu, analıq kapitalından demək olar ki, iki dəfə çoxdur.
İctimai Palata hesab edir ki, bu tədbir Rusiyada demoqrafik vəziyyətin yaxşılaşmasına kömək edəcək. Komissiyanın rəhbəri Sergey Rıbalçenko bildirib ki, təklif müvafiq qanunun qəbulu üçün hökumətə göndəriləcək.
Təşəbbüsün müəllifləri vurğulayırlar ki, “ata” kapitalı ayrıca ödəniş olmalıdır, onlar ana kapitalını artırmaq istəmirlər. Bu qərarın mənası isı hələ ki, aydın deyil.
Amma komissiya üzvləri iddia edirlər ki, əgər dövlət doğum səviyyəsini stimullaşdırmasa, 2030-cu ilə qədər Rusiya əhalisi altı milyon nəfərə qədərazala bilər.
Qeyd edək ki,Palata əhalinin miqrasiya axını ilə artırılmasını yanlış hesab edir.
...Dövlət Dumasının Təhsil Komitəsinin sədr müavini Yana Lantratova qeyd edib ki, mövcud ana kapitalını artırmaq və ondan istifadə imkanlarını genişləndirmək daha düzgün olardı.
2023-cü ildə üçüncü uşaq üçün analıq kapitalı 586 946 rubl təşkil edir; ailə ilk iki uşaq üçün analıq kapitalı almamışsa (yəni 2007-ci ildən əvvəl doğulmuşdursa), onda 775.628 rubl.
Həmçinin Rusiyada üçüncü uşaq 2023-cü ilin sonuna qədər doğulubsa və ya doğulacaqsa, ona birdəfəlik subsidiya verilir. Subsidiya ölçüsü 450 min rubl təşkil edir və yalnız ipotekanı ödəmək üçün istifadə edilə bilər.
Nazlı