RU

Rusiyada azərbaycanlı turisti 7 il həbs etmək istəyirlər - 29 minlik sırğa...

Rusiyada gömrükçülər Samara Kurumoç hava limanında Azərbaycandan "Tiffany" sırğaları ilə gələn sərnişini saxlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Həmin şəxs "yaşıl dəhliz"dən keçərkən saxlanılıb. Gömrük əməkdaşları onun baqajına əlavə yoxlama keçirib və bəyan edilməmiş 1,5 milyon rubl (təxminən 28950 manat) dəyərində "Tiffany & Co." sırğaları aşkar ediblər. 

Bundan əlavə, turistin əlində orijinallıq sertifikatları və zinət əşyaları üçün qəbz də olub.

"Məhsul almaz əlavələri olan 950 platin ərintisindən, yəni təbii almazdan hazırlanıb. Zərgərlik məmulatlarının hazırlandığı materiallar strateji əhəmiyyətli mallar siyahısına daxildir", bildirilib.

Qaçaqmalçılığa görə, həmin şəxsi 7 ilə qədər həbs və 1 milyon rubla (təxminən 19300 manat) qədər cərimə gözləyir.

Aydın

Избранный
43
3
qaynarinfo.az

4Источники