RU

"Aston Villa" yeni transferinə 59 milyon avro xərclədi

"Aston Villa" 59 milyonluq transfer həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Amadu Onana "Aston Villa"ya keçib. O, "Everton"dan transfer olunub.

Birmingem klubu ilə bağlanan müqavilənin müddəti 5 ildir. 22 yaşlı futbolçunun keçidi "Aston Villa"ya 59 milyon avroya başa gəlib.

Qeyd edək ki, Onana AVRO-2024-də Belçika millisinin heyətində 4 oyunda meydana çıxıb.

Избранный
35
4
iqtisadiyyat.az

5Источники