RU

2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək

2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək.


Xarici KİV-in məlumatına görə, bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında açıqlama verib.


Bunun üçün Fransa hökuməti olimpiadanın keçirilməsinə təminat verməlidir. Həmçinin üç region - Evian, Ron-Alp və Provans-Alp arasında Fransa hökuməti ilə razılaşmanın təsdiqlənməsi təmin olunmalıdır. Fransa nümayəndə heyəti bu tələblərin hökumətin lazımi vəziyyətdə olduğu zaman həyata keçiriləcəyini təsdiqləyib.


Zəmanətlərin verilməsi üçün bu il dekabrın 31-i son tarix kimi təyin olunub.

Избранный
58
7
senzor.az

8Источники