RU

U-18: Azərbaycan millisi ilk oyunda Albaniyaya qalib gəldi

18 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisi (U-18) Avropa çempionatının C Divizionunda bu gün ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Albaniya millisi ilə qarşılaşıb.

Kosovonun paytaxtı Priştinada təşkil olunmuş qarşılaşma yığmamızın 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-18 yığmamız B qrupunda Albaniya ilə yanaşı, Gürcüstan və Ermənistanla mübarizə aparacaq. Azərbaycan millisi növbəti oyunlarını iyulun 24-də Gürcüstana, 25-də isə Ermənistana qarşı keçirəcək.

Избранный
53
1
arena.az

10Источники