RU

"Rusiyada müsəlmanlar, xristianlar, buddistlər və yəhudilər min ildir yan-yana yaşayır..."

"Onların məqsədi Rusiya ilə mübarizə və onu içərindən sarsıtmaqdır..."
 
Putin dağ yəhudilərinin müdafiəsinə qalxıb və şərin kökünü axtarmağa çağırış edib
 
Rusiya prezidenti Vladimir Putin yenidən HƏMAS-la müharibə ilə bağlı fikir söyləyib, Dağıstanda antisemit çıxışları İsraildəki hadisələrlə əlaqələndirib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, İctimai Palata üzvləri ilə görüşündə danışıb. Məlumatı "m.realnoevremya.ru" nəşri yayıb.
 
Müsəlmanların Ruhani Məclisinin (Rusiya hökumətində məşvərətçi orqan) müftisi Albir Krqanov Putinə müvafiq sualla müraciət edib.
 
"Biz xarici münaqişə alovunun necə asanlıqla bizim torpağımıza keçdiyinin şahidləriyik. Heç şübhəsiz, biz Yaxın Şərqdə baş verənlərə görə narahatıq, bizim çoxmilyonlu ümmətimiz məscidlərdə ədalətin bərpa olunması üçün dualar edir.
 
Lakin oktyabrın 21-də, aydındır ki, xaricdən Rusiyanın və İslamın düşmənləri tərəfindən təşkil edilmiş millətlətarası ədavətin qızışdırılmasının tərəfdarlarının təxribatı Mahaçqalanı təlatümə qərq edib", - müfti deyib.
 
Krqanov qeyd edib ki, Müsəlmanların Ruhani Məclisi təcili iclas keçirərək, qərar qəbul edib, bu qərarda "cahillərin ağılsızlığı" qeyd edilib və Yaxın Şərqdə qan tökülməsinin dayandırılmasına çağırış edilib.
 
Müfti xatırladıb ki, "Rusiyada müsəlmanlar xristianlar, buddistlər və yəhudilər artıq min ildir ki, yan-yana yaşayır, övladlarını böyüdür və dualar edir, indi isə vətənini ümumi düşməndən qoruyur".
 
O cümlədən, Krqanovun sözlərinə görə, 35 mindən artıq inanclı insan, "Dağıstandan olan əsl vətənpərvərlər, müsəlmanlar ön cəbhədə Rusiyanın digər xalqlarının nümayəndələri ilə birgə döyüşür".
 
"Onlar Fələstində müharibə alovunu yandıran elə həmin hörümçəklə döyüşür", - müfti deyib.
 
"Mahaçqalada baş vermiş konkret hadisələrə gəldikdə, siz baş verən dəhşətlər fonunda qığılcımın asanlıqla oda çevrilməsini müşahidə etmisiniz", Putin cavabında deyib.
 
"Ona görə ki, dediyim kimi əzab çəkən, qana boyanmış uşaqlara baxanda, əllərimiz əsir, gözlərimiz yaşla dolur. Mənə elə gəlir ki, bu, istənilən normal insanın reaksiyasıdır.
 
Lakin biz, əlbəttə ki, bu zaman bütün bu hadisələri ayıq başla qəbul etməli, şərin kökünün harada olmasını anlamalıyıq.
 
Bunlar haradan qaynaqlanır? Nədir, tatlar baş verənlərdə günahkardır? Yeri gəlmişkən, tatlar Qafqazfda köklü xalqdır, onlar orada yüz, bəlkə də min ildir yaşayır. Ona görə də baş verənləri, sadəcə, anlamaq gərəkdir", o, deyib.
 
Putin "xaricdə yaşayan, o cümlədən Ukraynada olan insanların sosial şəbəkələrdə" nəyin yaydığını dəqiqləşdirib.
 
"Xarici xadimlərin mövqeyi məni təəccübləndirir. Onlar sanki İsrail yəhudilərinə dəstək verir, amma Ukraynadan olan öz agenturasının əlilə bizdə yəhudi talanlarını təşkil etməyə cəhd göstərirlər.
Sadəcə, ağlasığmazdır",  - Rusiya prezidenti qeyd edib.
 
O, əlavə edib ki, "şüurun belə təhrif edilməsinin" son məqsədi "Rusiya ilə mübarizə və Rusiyanı içəridən sarsıtmaqdır".
Избранный
681
2
moderator.az

10Источники