Konfrans Liqası: "Zirə" qalib gəlib, "Sumqayıt" isə uduzub - Yenilənib
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşıb.
Reyting.az xəbər verir ki, "Dalğa Arena"da baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 29-cu dəqiqədə Rafael Utziq açıb. 31-cu dəqiqədə Junior Martins fərqi iki topa çatdırıb. Qarşılaşmanın yekun nəticəsini isə 51 və 53 dəqiqələrdə fərqlənməklə dubl edən David Volkov müəyyənləşdirib.
Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Sumqayıt" - "Fehervar" matçı başa çatıb.
Qarşılaşma Macarıstan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sumqayıt"ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. "Fehervar"dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib. 52-ci dəqiqədə Ksaba Spandler komandasının ikinci qolunu vurub.
Meydan sahiblərindən Murad Xaçayev qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq(Report).