Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 25-də ümumi çəkisi 25,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 15 metadon həbi və 52 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.