RU

Coşqun Diniyev Türkiyədə özünə yeni klub tapdı - Rəsmi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev bundan sonra Türkiyənin “Bandırmaspor” klubunun formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı azərbaycanlı futbolçu Birinci Liqa təmsilçisi ilə 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. Yarımmüdafiəçi ötən mövsüm sözügedən komandanın heyətində 33 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub. Millimizin üzvü “Ümraniyəspor”dan bu yay azad agent kimi ayrılmış və özünə yeni klub axtarmağa başlamışdı.

“Bandırmaspor” Türkiyə Birinci Liqasının 2023/2024 mövsümünü 50 xalla 9-cu, “Ümraniyəspor” isə 43 xalla 11-ci sırada başa vurub.

Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 22 oyun keçirib.

Избранный
85
arena.az

1Источники