RU

Novak Cokoviç Rafael Nadalı 1/16 finalda məğlub etdi

Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci oyununu keçirib.

KONKRET.az xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı 1/16 final mərhələsində ispaniyalı Rafael Nadalla üz-üzə gəlib.

Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib – 2:0 (6:1, 6:4). Bu, dünya tennisinin iki canlı əfsanəsi arasında 60-cı qarşıdurmada serbiyalı raketka ustasının 31-ci qələbəsi olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq

Избранный
29
7
konkret.az

10Источники