Bakı. Trend:
Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 31-i əsasəngündüz, avqustun 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdəfasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur,Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensivolacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağçaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.